Məşhurlarımız "Jara"nın partisində - Fotolar

Məşhurlarımız "Jara"nın partisində -  Fotolar
8927 dəfə oxunub
  • A-
  • A
  • A+

"Jara 2019" musiqi festivalının "Pre-Party"si baş tutub.

Axşam.az xəbər verir ki, "Pre-party" çərçivəsində səhnəyə Xalq artistləri Emin Ağalarov, Aygün Kazımova, Brilliant Dadaşova, müğənnillər Dilarə Kazımova, Nigar Camal, Aysel Məmmədova, Səmra Rəhimli, Çingiz Mustafayev, İrina Nelison, Sayqo, Lyusya Çebotina, "M Band" və "Serebro" qrupları çıxıb.

Səhnəöncəsi jurnalistlərin suallarını cavablandıran məşhurlar festivalda iştirakdan məmnunluq duyduqlarını ifadə ediblər.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" iyulun 25-dən 28-nə kimi keçiriləcək. Gecədə Rusiya estradasının məşhur simaları ilə yanaşı Xalq artistləri Aygün Kazımova, Brilliant dadaşova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Miri Yusif, müğənnilər İlqar Xəyal, Aysel, Çingiz Mustafayev, Nigar Camal, Səmra Rəhimli də yer alacaq.