"Ayrılıq bizə yaraşmadı" - Damla

"Ayrılıq bizə yaraşmadı" - Damla
4461 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Damla atası ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, dünyasını dəyişən atası üçün çox darıxdığını dilə gətirib.

"O qədər canım yanır ki, səni xatırladıqca təpədən dırnağa qədər göynəyirəm. Gülüşünü zarafatlarını, məzəli duzlu lətifələrini, özünəməxsus parodiyalarını özlədim. Səni qucaqlamaq üçün nələrdən keçməzdim. Bu fotonu çəkəndə ağlıma gəlməzdi ki, son fotonu çəkirəm. Vəfasız övladam - bilirəm. Səni torpağa əmanət etdim. Anama sənsizlik heç yaraşmır. Məni çarəsiz boynubükük qoydun. Atalı qızları görəndə gözümün yaşını bilmirəm necə boğum.
Bu ayrılıq bizə yaraşmadı", deyə o, paylaşımda yazıb.