"Mən Ona Vuruldum" - Fotolar

"Mən Ona Vuruldum" -  Fotolar
9722 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur brendləri ölkəmizə gətirən Bakının ən böyük geyim mağazası “MOV” yeni yay kolleksiyasını təqdim edib.

Axşam.az xəbər verir ki, tanınmış modellər “MOV Fashion Night” adlı tədbirdə “Buggati”, “Big Star”, “Vigoss”, “Perspective”, “M&Co”, “Avva” və digər bu kimi sevilən markaların geyimlərini nümayiş etdirmək üçün səhnəyə çıxıblar.

Həm klassik, həm idman üslubunda qadın-kişi geyim və aksesuarları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Best Model of the World” müsabiqəsinin yeganə azərbaycanlı qalibi Rüstəm Cəbrayılov uzun fasilədən sonra ilk dəfə səhnədə model kimi görünüb.

Gənclərin sevimli mağazası “MOV”un dəbli və fərqli geyimlərini təqdim edən digər modellər sırasında “MOV”un simaları Nigar Qədirova, Elvin İsmayılovla yanaşı, Şakir Əhmədzadə, Umleyla Bakhtiozina, Nuru Əhmədov, Luiza Matkazina, Polina Demidova, Fərid Əliyev, Marina Dar və Kənan Mehdiyev yer alıb.

Tanınmış simaların qatıldığı moda gecəsinin musiqili qonağı isə Samira Allahverdi olub.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən “MOV” mağazasında bundan sonra da ənənəvi moda nümayişlərinin davam etdirilməsi nəzərdə tutulub.

“Mən Ona Vuruldum” şüarı ilə şəhərin mərkəzində - Nizami küçəsi 76 ünvanında fəaliyyət göstərən 3 mərtəbəli mağazadan bir-birindən dəbli qadın, kişi, uşaq geyim, ayaqqabı və çantalarını əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: (055) 202 61 55

İnstaqram: @mov_azerbaijan

Facebook: MOV