Ölüm ayağında olan ata qızının arzusunu yerinə yetirdi

Ölüm ayağında olan ata qızının arzusunu yerinə yetirdi
6291 dəfə oxunub
  • A-
  • A
  • A+

Şotlandiyanın Armadeyl şəhərində yaşayan xərçəng xəstəsi 52 yaşlı Ceyms qızının arzusunu yerinə yetirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Emma və sevgilisi Skot Rezerford 2012-ci ildə ailə qurmağa qərar vermişdilər.

Ancaq Emmanın atasının ağır xəstəliyi səbəbilə cütlük toyu 2 il əvvələ çəkməli olub. Həkimlər kişinin çox qısa müddət ömrü qaldığını bildiriblər. Emma isə deyir ki, onun ən böyük arzusu kilsə mehrabına atası ilə birlikdə gəlməkdir.

"Anam ötən il vəfat edib. Mən çox istəyirdim ki, valideynlərim mənim toyumda iştirak etsin. Bu arzumu atam da bilirdi. Çox ağır vəziyyətdə olmasına baxmayaraq, əlil arabasında məni kilsə mehrabına gətirdi. O, bu günü unutmamağım üçün əlindən gələni edib" deyə Emma bildirib.