Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
3472 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 19-da Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.

Axşam.az xəbər verir ki, iclası açıq elan edən Əbülfəs Qarayev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Bildirdi ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər daxil edilib.

Kollegiya iclasında Əbülfəs Qarayev tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğulayıb. Nazir bu abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsası kimi dəyərləndirib.

Sonda nazir müzakirə olunan məsələlər və qeyd olunan problemlərlə bağlı müvafiq tapşırıqlar verilib.