"Verilişlərdə məndən başqa qonaq olmasını istəmirəm” - Xəyyam

"Verilişlərdə məndən başqa qonaq olmasını istəmirəm” - Xəyyam
1040 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xəyyam Nisanov ATV-də yayımlanan “5-ci element” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı ifaçının açıqlamaları maraq doğurub:

“Ümumiyyətlə, verilişlərə çıxmağı xoşlamıram. Ancaq arzum idi ki, bu proqramda olum. Verilişlərdə məndən başqa qonaq olmasını istəmirəm. Həmçinin də, efirdə mahnı oxumağı sevmirəm. Onsuz da hər yerdə - maşında, toyda, çöldə, tədbirdə, konsertə oxuyuruq, heç olmasa, bir verilişdə oxumayaq, mətbəxdə nəsə hazırlamayaq”.