Arif Məlikovu güllələmək istəyiblər

Arif Məlikovu güllələmək istəyiblər
3491 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum Xalq artisti Arif Məlikovun həyatından danışılıb.

Axşam.az xəbər verir ki, sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüb.

Məlikovun nəvəsi Aminə Məlikova babası barədə maraqlı faktları açıqlayıb:

“Əslində, babamın çətin həyatı olub. Daha gənc ikən anasını itirmişdi. İlk tar çalmağı öyrənib, sonradan isə klassik musiqiyə yönəlib. Kasıb ailə olduqları üçün pianino almaq imkanı da olmayıb. Ona görə gənc vaxtlarından çalışırdı və ilk əsərlərini elə sinifdə oturaraq, bəstələyib. Hər zaman deyirdi ki, özümü daha çox sinfonik musiqiçi kimi hiss edirəm. Fəxr edirdi ki, səkkiz sinfoniyasi var.

Babam üçün böyük faciələrdən biri öz övladını, anamı itirmək oldu. O, öz ailəsini, övladını həyatından çox sevirdi. Onun laylaları anama həsr olunub.

Babam güləndə hər zaman gözləri də gülürdü, amma son illərində gözlərindəki gülümsəmə yoxa çıxmışdı. Orkestr üçün yazdığı bəstə anama həsr olunub, amma çox adam bunu bilmir. Əgər siz, o bəstəni dinləsəniz görəcəksiz ki, orada çox kədərli notlar var.

1990-ci illərdə baş verən hadisələrlə əlaqədər onun həyatı dəfələrlə təhlükədə olub. Babamı güllələməyə çalışmışdılar, amma güllə yanından ötüb keçmişdi. O qədər böyük təhlükə ilə yaşasa da o, yenə də susmurdu, fikirlərini çatdırırdı. Düşünürdü ki, insan məni tanıyırsa, niyə susmalıyam?”.