“Mətanəti həyatımdan sildim”

“Mətanəti həyatımdan sildim”
3986 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mətanət Əsədova ATV-də yayımlanan “Bir axşam” verilişində şou-biznesdəki dostluqlardan söz açıb.

Axşam.az xəbər verir ki, o, yaxın rəfiqəsi, Əməkdar artist Mətanət İsgəndərlini həyatından sildiyini deyib:

“Musiqi aləmində yalançı rəfiqələr var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.