“Həyəcan mövsümü” “Megafun”da möhtəşəm konsertlə başladı - Fotolar

“Həyəcan mövsümü” “Megafun”da möhtəşəm konsertlə başladı -  Fotolar
4034 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 14-də bütün baxışlar doğma Bakımızın ən sevilən ticarət və əyləncə mərkəzi “Megafun”a dikilmişdi. Bu da təsadüfi deyil. Həmin gün burada “Həyəcan mövsümü” lotereyası elə adı qədər həyəcanlı bir şəkildə start götürdü. Bu həyəcanın 2 səbəbkarı var idi. Biri möhtəşəm hədiyyələrlə dolu lotereya, digəri isə səhnəmizin divası, xalq artisti Aygün Kazımova. Məhz onun canlı konsertiylə bu lotereya uğurlu bir şəkildə başladı.

Hamıya yaxşı məlumdur, harda “Megafun” var, orda bənzərsiz həyəcan var. Harda Aygün var, orada coşqu var, musiqi bayramı var. Bu dəfə də belə oldu. Populyar aparıcı Nəsib Nurun apardığı və DJ Kənan Drumsın iştirakı ilə keçən konsertdə insanlar həm əyləndilər, həm böyük zövq aldılar, həm də lotereya ilə bağlı bütün bilgilərə sahib oldular. Artıq hamıya məlumdur, əylənərək, alış-veriş edərək, gözəl vaxt keçirərək möhtəşəm hədiyyələr qazanmağın ünvanı “Megafun”dır. Çünki burada xərclədiyiniz hər 50 manat sizə 1 lotereya kuponu qazandırır. Bu kupon isə öz növbəsində sizi sentyabrın 14-də keçiriləcək ilk uduşda  onlarla bir-birindən gözəl hədiyyələrlə yanaşı, 2 ədəd “Wolksvagen Polo” avtomobilinin şanslı sahibi edə biləcək.

 

Bilirsiniz ki, “Megafun” Ticarət və Əyləncə Mərkəzində hər zövqə uyğun, hər növ ləzzətli təamlar təqdim edən kafe və restoranlar var. Çoxumuz ailələrimizlə, dostlarımızla məhz orda görüşür, həm yeməklərdən, həm də xoş ortamdan zövq alırıq. İndi bu zövqə bir də qazanma şansı qatılır. Eyni şeyi atraksionlara, gözəllik salonlarına, mağazalara da şamil etmək mümkündür. 50 manatdan başlayan bütün çekləriniz 1 kupon şəklində sizə dönəcək axı. Çox xərclədikdə isə bu şansınız da artacaq və sizi arzunuza daha da yaxınlaşdıracaq.

“Həyəcan mövsümü” uduşlu lotereyasının ilk turu sentyabrın 14-də başa çatacaq və bu böyük hadisə Xəzər TV-nin canlı efirində yayımlanacaq. Gördüyünüz kimi, hər kəsin böyük uduşlarda şansını artırmaq üçün kifayət qədər vaxtı var.

Hər kəsə uğurlar arzu edirik!