Ana südünü artıran təbii vasitələr

Ana südünü artıran təbii vasitələr
4960 dəfə oxunub
  • A-
  • A
  • A+

Ana südü körpə üçün ən dəyərli qidadır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana südünün tərkibində olan maddələr körpəni yoluxucu xəstəliklərdən qoruyur. Bəzi qadınlar südün azlığından və körpənin yaxşı doymamasından şikayət edir.

Südün azalmasının bir çox səbəbi var , ən başlıcası isə stres, yorğunluqdur və yuxusuzluqdur.

Kİfayət qədər su içmədikdə də südün azalması müşahidə edilir. Buna görə, gündəlik 3 litrə yaxın maye qəbul edilməlidir.

Xalq təbabətində bir sıra təbii vasitələrdən istifadə etməklə ana südünü artırmaq olar:

Razyana dəmləməsi
Şüyüd toxumu dəmləməsi
Yemişan suyu (aptekde satılır) səhər-axşam yeməkdən əvvəl 10 damcı, 1 st. suya damızdırılır və içilir
Heyva kompotu
Əncir mürəbbəsi
Qaraçörək otu yağı
Sulu və südlü yeməklər
Bal və kök suyu qarışımı
Çiçək tozu (polen)