"Evdən başqa heç nəyim yoxdur" - Günel

"Evdən başqa heç nəyim yoxdur" -  Günel
2482 dəfə oxunub
  • A-
  • A
  • A+
"İnsanı ruhdan, düşüncədən salırlar. Mənə irad tuturlar ki, türk dilində danışırsan. Biz də çox insanı bəyənmirik, amma bunu düzgün formada ifadə edirik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Azəri Günel Zeynalova "Zaurla Günaydın" verilişində deyib. Sənətçi ünvanına yazılan tənqidlərdən bəhs edib.

O bildirib ki, mənfi şərhlər onu ruhdan salır. günel məhz buna görə də şərh bölümünü paylaşdığı şəkillərdə bağladığını söyləyib.

Günel biznes qurması haqda söhbətlərə cavab verib: 

"Təkcə evim var. Əvvəl kirayədə yaşayırdım. Axır ki, ev aldım. Başqa heç nəyim yoxdur".