Yay aylarında yüngül yeməklərə daha çox ehtiyac duyulur.

Axşam.az Türkiyə mətbuatına istinadən sizə həm vitaminli, həm də dadlı salat resepti təqdim edir:

Lazım olanlar:

2 ədəd avokado
7-8 ədəd göbələk
1 ədəd pomidor
yarım dəstə yaşıl soğan
yarım dəstə şüyüd
1 x.q limon suyu
1 x.q zeytun yağı
duz

Göbələklərin qabığını təmizləyib dilimləyirik, suyunu çəkənə qədər tavada bişiririk və bişdikdən sonra soyuduruq. Avakado, pomidor və yaşıl soğan, şüyüdü doğrayırıq Soyuyan göbələyi doğranmış avakador və tərəvəzlərin üzərinə əlavə edirik. Limon suyu, zeytun yağı və duzu əlavə edib qarışdırırıq.

Nuş olsun!



loading...


                 

Digər