Xınanın möcüzəvi faydaları

Xınanın möcüzəvi faydaları
6368 dəfə oxunub
  • A-
  • A
  • A+

Xına qədim zamanlardan bəri saç rənglənməsi ilə yanaşı müalicəvi vasitə kimi də istifadə edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu təbii boya saçları qidalandırır, tökülməsinin qarşısını alır, kəpəkdən xilas edir.

Xınalar həm rəngsiz, həm də rəngli olur. Saçınızı boyamaq istəyirsizsə rənglidən, əks halda rəngsiz xınadan istifadə edə bilərsiz. Xına eyni zamanda görməni yaxşılaşdırır. Miqren zamanı olduqca faydalıdır. Qədim zamanlarda təbiblər aybaşı gecikmələri zamanı saça xına qoymağı məsləhət görürdülər.

Xına dəri xəstəlikləri zamanı da istifadə edilir. Bu təbii vasitə göbələk infeksiyası zamanı da olduqca faydalıdır.

Ayaqda göbələk və buna bağlı pis qoxu varsa, xına ilə aradan qaldıra bilərsiniz. Bunun üçün xınanı suda həll edib ayağınıza çəkin. 1 saat sonra yuyun.