Tolik təhqir etdi, Rəqsanə hədələdi - Fotolar + Video

Tolik təhqir etdi, Rəqsanə hədələdi - Fotolar + Video
8138 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ortalıqda gəzən bir “peşka” var. Vəzifəli insanların oğlanları ilə dostluq edir, amma sora nəsə olanda onların dalınca danışır. Əsl sənəti isə kabinetlərdən qovulmaqdır”.

Axşam.az xəbər verir ki, bu sözləri sosial media hesabında prodüser Tarix Əliyev (Tolik) yazıb. O, ad çəkməsə də haqqında danışdığı şəxsin müğənni olduğuna işarə edib:

“Mənimlə bağlı sual veriblər, cavab verməyə cürəti çatmayıb. Həmişə onun-bunun əlaltısı olacaq, çünki sənəti odur. Haqqımda hər müğənni danışa bilməz. Bilirsiniz niyə? Onlar kimi Həcilərin məclislərində təlxəklik etməmişəm, hansısa məmurun oğlunun hesabına gəzməmişəm, kabinetlərdən qovulmamışam. Həmin adamlara sözümü həyatda da demişəm. Güvəndiyiniz dağlara necə qar yağdısa... Allah bizi “peşka”lardan uzaq etsin. Heç kimi hörmətsiz etməsin. Buradan Şamaxıya gedəsən, qapazlanıb, geri qayıdasan. Özü də söz vaxtına çəkər – yay aylarında”.

Onun bu paylaşımına isə müğənni Rəqsanə İsmayılova da qarşılıq verib:

“Onun dili uzanıb, bir az qısaltmaq lazımdı. Təlxəklik yaxşıdı, sənəti imkanlı kişilərin oğlanlarının qucağında oturmaqdır. Başından böyük danışanın, ağzını yummağı bilirəm. Canın sağ olsun”.

Qeyd edək ki, ötən gün “5/5” proqramında qonaq olan müğənni Hacı Nazim Məmmədov Toliklə bağlı sualı cavablandırmayıb. Bu zaman verilişin aparıcısı Zaur Kamal “Niyə lal oldun” deyə, Nazimə üzünü tutub. Məmmədov isə “Tanıdığım adamlar haqda danışdım” deyərək, Zaura qarşılıq verib.

Bundan başqa o, proqram zamanı Rəqsanəni nəzərdə tutaraq “İtə də bir əppək borclu olandan bütün mətbuat yazıb. İndi ha onu denən, tövbə edəcək ki?” sözlərini işlədib.