“Şəhriyarla öpüşmərəm” - Oksana

“Şəhriyarla öpüşmərəm” - Oksana
4258 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Oksana Rəsulova həmkarı və yaxın dostu Şəhriyar Əbilovla “Hər şey daxil” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, onlar bu yay melodram janrında olan yeni filmlərindən söz açıblar. Şəhriyar bildirib ki, onların yeni ekran işi “Təhminə” filmindən sonra böyük səs-küy gətirəcək.

Bu zaman verilişin aparıcısı Tarix Əliyev “Təhminə” filmində öpüşmə səhnəsi var. Oksana, Şəhriyarla öpüşərsən” deyə, aktrisaya sual ünvanlayıb.

Rəsulova isə “Yox, “Təhminə” filmi dramdır, biz də isə başqa janrdadır. Bu filmdə bəzi səhnələr olacaq, amma kimin tərəfindən onu deməyəcəm” deyə, söyləyib.

Qeyd edək ki, film üçün Şəhriyar və Oksana artıq məşqlərə başlayıb.