Ornella Muti həbs edildi

Ornella Muti həbs edildi
4287 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliya Ali Kassasiya Məhkəməsi məşhur italyan aktrisa Ornella Mutinin 6 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 

Axşam.az xəbər verir ki, buna səbəb akrtisanın 2010-cu ildə çalışdığı teatrı sağlamlığı haqda saxta sənəd təqdim etməsi olub. Belə ki, Ornella çalışdığı teatrı getdiyi festivalda yarıyolda qoyub. 

Həmin ərəfədə onun Sankt-Peterburqda xeyriyyə tədbirində yer aldığı ortaya çıxıb. Muti gecədə Vlamir Putinlə yemək yeyərkən şəkli yayılıb.

Ornella teatra 30 min avro ödəsə, həbs yatmaqdan qurtula bilər.