Bu gün "Son zəng" çalındı - Fotolar

Bu gün "Son zəng" çalındı -  Fotolar
4658 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan məktəblərində "Son zəng" çalınıb.

Axşam.az xəbər verir ki, 2018-2019-cu tədris ilində təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilib.

Xatırladaq ki, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirib, 45 616 nəfər isə I sinfi başa vurub.

Bakıda bir neçə məktəbdə lentə alınan "Son zəng" fotolarını təqdim edirik: