Esra Erol beş ilədək həbs edilə bilər

Esra Erol beş ilədək həbs edilə bilər
5416 dəfə oxunub
  • A-
  • A
  • A+

Gözəllik salonlarından birinin sahibi olan Özlen adlı qadın türkiyəli aparıcı Esra Erolun beş ilədək həbs edilməsini tələb edir.

Axşam.az xəbər verir ki, buna illər öncə Esranın verilişində Özleni “Yuva yıxan qadın” olaraq göstərməsi və proqramda şəkillərini nümayiş etdirməsi səbəb olub.

Erol isə ifadə verərək, verilişə gələnlərin iddiaları əsasında görüntüləri yayımlandığını, qərəzli addım atmadığını bildirib.

Prokurorluq şəxsi həyatın ictimailəşdirilməsi və təhqir maddələri ilə E.Erol haqda bir il üç aydan beş ilədək həbs cəzası tələbi ilə istintaq başladıb. Aparıcı yaxın günlərdə hakim qarşısına çıxacaq.