Bəsti Cəfərovanın 60 illik yubileyi keçiriləcək

Bəsti Cəfərovanın 60 illik yubileyi keçiriləcək
3530 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 14-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi təşkil olunacaq.

Axşam.az xəbər verir ki, yubiley gecəsində “Qətibə İnanc” tamaşası oynanılacaq.

İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz  Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova və Sabir Məmmədov və başqaları iştirak edirlər.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.