Məşhur müğənni xərçəngə yoluxduğunu etiraf etdi

Məşhur müğənni xərçəngə yoluxduğunu etiraf etdi
8221 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk müğənnisi Yeşim Salkım yay konsertlərinə davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, səhnədə fanatlarını heyrətləndirən etiraf edib.

"4 il boyunca amansız xəstəliklə mübarizə apardım. Şükür ki, qalib gəldim. Yumurtalıq xərçənginə yoluxmuşdum" deyə, müğənni bildirib.

Onun sözlərinə görə, xəstəliyini ailəsindən gizli saxladığı üçün heç vaxt bu mövzudan bəhs etməyib.

"Sadəcə böyük qızım bilirdi, qalan hamıdan gizlətmişdim. Son olaraq sizə tövsiyəm, həyatı yaxşı yaşayın. Hər şeyi özünüzə dərd etməyin", deyə müğənni bildirib.