Pəhriz zamanı şirniyyat yeməkdən çəkinirik.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən təqdim etdiyi qurabiyənin tərkibində isə nə şəkər, nə də un var.

Lazım olanlar:

2 yumurta ağı
10 ədəd xurma
1 fincan kokos qırıntısı
yarım fincan kokos yağı və ya zeytun yağı
1 fincan xırdalanmış fındıq

Xurmaları suda saxlayıb yumşalmasını gözləyin. Daha sonra çəngəllə püre halına gələnədək əzin. Yumurta ağı ilə yağı mikserlə qarışdırın. Qalan bütün ərzaqları əlavə edib birlikdə yoğurun. Kiçik parçalar götürüb soba qabına düzün. 180 dərəcədə üstü qızaranadək bişirin.

Nuş olsun!

 



                 

Digər