Musiqili Teatr əməkdaşlarını sevindirəcək

Musiqili Teatr əməkdaşlarını sevindirəcək
3107 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir.

Axşam.az xəbər verir ki, bu münasibətlə 4 iyulda teatrda təntənəli mükafatlandırma mərasimi keçiriləcək.

Bu dəfə də mövsümün sevilən, ən məhsuldar, perspektivli aktyoru, aktrisası, ən yaxşı balet, xor artisti, ən yaxşı musiqiçisi,  ən işgüzar əməkdaşı,  ən yaxşı tamaşası və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq, onlara xüsusi prizlər və pul mükafatları veriləcək.

Həmçinin, Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim ediləcək.