Aygünlə Zülfiyyə bir səhnəni bölüşdü - Video

Aygünlə Zülfiyyə bir səhnəni bölüşdü - Video
1688 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və xanəndə Mirələm Mirələmov Yaşıl Teatrda bir səhnəni bölüşüblər.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin Milli Qurtuluş gününə həsr olunmuş bayram konsertində “Azərbaycan” adlı kompozisiya ifa edib.

Kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, eləcə də Xalq artistləri Alim Qasımov və Rasim Balayev də iştirak edib.

Qeyd edək ki, “Azərbaycan” mahnısının sözləri nəğməkar-şair Cəlal Qurbanova, musiqisi isə bəstəkar Rauf Məmmədova məxsusdur.