Müğənni Günay İbrahimli yay mövsümü ilə bağlı fotosessiya etdirib. 

Axşam.az xəbər verir ki, sənətçi üç fərqli obrazda obyektiv qarşısına keçib. Bakıda lentə alınan fotoların müəllifi Toğrul Qurbanovdur.

Günay qeyd edib ki, o, bu layihədə 2019-cu ilin trendini öz üzərində əks etdirib:

“Fotosessiyaya önəm verən müğənnilər varsa,  onlardan biri də mənəm. Hər mövsüm çalışıram ki, fərqli obrazlarda görünüm. Düşünürəm ki, bu dəfə də maraqlı bir görünüşdə kamera qarşısına keçmişəm. Bu obraz dünyada trenddir.

Bu, rəngli makiyaj və bir-birinə zidd geyimlərin ahəngidir. Makiyajı Lamiyə Ağababayeva, saçlarımı isə Aygün Məmmədova edib. Fotosessiyanı çox bəyəndim, qüsur tapa bilmədim. Peşəkarla çalışmağın nəticəsidir. Bundan əvvəl “Min bir gecə” mahnıma uyğun olaraq sadə bir obraz idi. İndi isə onun əksini etdim ki, insanlar məni bu cür də görsünlər”.

 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər