Limonun faydalarını saymaqla bitməz.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C vitamini ilə zəngin olan bu meyvənin mürəbbəsi də sağlamlıq üçün olduqca faydalıdır. Bu mürəbbə immuniteti artırır, əhval ruhiyyəni yaxşılaşdırır.

Lazım olanlar:

4 ədəd limon
2 fincan şəkər tozu
1 fincan su
 
Hazırlanması:
 
Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.

Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.

Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır.

Nuş olsun!
 



                 

Digər