Artıq əksər insanlar alış-verişi daha çox internet üzərindən edir.

Axşam.az xarici mətbuta istinadən internet üzərindən alış-verişin üstünlüklərini təqdim edir.

Rahatlıq

Dükanların açılıb bağlanma vaxtlarını nəzər almadan, evinizdən alış-veriş etmək yalnız onlayn şəkildə mümkündür.

Daha ucuz qiymət

Hamımız bilirik ki, fiziki mağazalarda icarə, maaşlar, kommunal, təmizlik, təmir və s. kimi xərclər var. Bu xərclər birbaşa məhsulun qiymətinə təsir edərək onu bahalaşdırdır. Bunu nəzərə alsaq, onlayn satılan məhsulların qiymətlərinin fiziki mağazalarda satılan məhsullardan daha ucuz olduğunun səbəbini bilmək çətin deyil.

Daha çox çeşid

Fərqli satıcılar tərəfindən məhsulların onlayn bazara çıxarılması alıcılar üçün yüzminlərlə məhsul çeşidi arasından seçim etmə imkanı tanıyır. Heç bir fiziki mağazada və ya ticarət mərkəzində bu qədər çeşid görmə imkanı əldə etmək mümkün deyil.

Hədiyyəni birbaşa göndərmə imkani

Qohumlara və ya dostlara hədiyyə alıb göndərmək üçün əlavə zəhmətə ehtiyac yoxdur. Onların harada yaşamasından asılı olmayaraq sifariş verdiyiniz hədiyyəni daxil etdiyiniz ünvana asanlıqda göndərə bilərsiniz.

Qiymətləri müqayisə etmək imkanı

Fərqli mağazaların oxşar məhsullarını axtarmaq və onların qiymətlərini müqayisə etmək internetdə çox asandır və az vaxt alır. Etiraf edək ki, fərqli-fərqli ünvanlarda yerləşmiş onlarla mağazanın oxşar məhsullarının qiymətlərini müqayisə etmək bu qədər qısa vaxtda mümkün deyil. Bu baxımdan onlayn alış-veriş daha əlverişlidir.

Sakit mühit

Əksər insanları alış-veriş zamanı adamların çoxluğu, səs-küy, sıxlıq və yaranan növbə narahat edir. Xüsusilə bayram günləri və həftə sonları belə hallar çox yaşanır. Onlayn alış-veriş bizi bu problərdən tamamilə azad edir.

Şəxsi əşyaların rahatlıqla alınması

Şəxsi əşyaları aldığımız zaman kənar insanların bunu görməsi narahat oluruq. Belə olduqda seçim etmək də çətinləşir. Onlayn alış-veriş isə bu problemi aradan qaldırır. Heç kimə görünmədən istədiyimiz məhsulu özümüz və ya bir başqası üçün rahatlıqla sifariş verə bilərik.



loading...


                 

Digər