Azərbaycanda altı aylıq körpə sancaq udub - Fotolar

Azərbaycanda altı aylıq körpə sancaq udub - Fotolar
5072 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən bölgədə valideyn yeni doğulan oğlan uşağına göz dəyməsin deyə, daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı aylıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.

Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.

Körpənin yaxınlarının verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.