Qədim zamanlardan bəri bədəndə artıq tüklərin olması qadınların qorxulu yuxusuna çevrilib. Bəs görəsən, bədənin müxtəlif yerlərində tüklərin əmələ gəlməsinə səbəb nədir?

Axşam.az xəbər verir ki, bədəndə miqdarından çox tüklərin əmələ gəlməsi "endokrin" xəstəliyi adlanır. Qadında yumurtalıq, böyrəküstü vəzlərin, hipotalamus və hipovis sistemi xəstəlikləri (beyinlə bağlı xəstəlik) olduqda bədəndə tüklənmə prosesi gedir. Bədəndəki tüklərin yaranma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə qadınların qanındakı hormonlar yoxlanılır. Əgər tüklənmə hansısa xəstəlikdən əməmlə gəlirsə, onun müalicəsi mümkündür.

Birincisi, qadınlara müxtəlif dərmanlardan ibarət müalicələr edilir. Bəzən isə dərmanla müalicə xəstəliyin qarşısını almağa kifayət etmir. Bu halda cərrahi yollardan istifadə olunur. Bəzən yumurtalıqlarda və böyrəküstü vəzlərdə xoş və ya bəd xassəli şişlər olur ki, bu da bədəndə kişi hormonlarının artmasına gətirib çıxarır. Bədəndə kişi hormonlarının artması tüklənməni artırır. Aylıq sikl pozğunluqlarından şikayət edən xanımlarda da tüklənmə halları müşahidə edilir.

Tükün bədəndəki rolu...

Tükdən tamamilə azad almaq istəyi xanımlarımızda günü-gündən artır. Ancaq xanımlar bilməlidirlər ki, tüklər orqanizmdə qoruyucu funksiyaları yerinə yetirir. Onlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Ultrabənövşəyi şüalar bədəndə ləkələr əmələ gətirir. Bədəndəki tüklər isə müdafiə xarakterli olub ultrabənövşəyi şüaların dəriyə çox düşməsinin qarşısını alır. Son bir neçə ildə isə lazer deyilən üsulla bütün bədən tüklərindən xilas olmaq mümkündür. Bundan istifadə edənlərin sayı günü-gündən artır.

Yay mövsümündə lazer edilməsi qadağandır. Çünki epilyasiya dərinin həssaslığını artırır. Prosesdən sonra günəş altında gəzdikdə dəridə problemlər yaranır. Elə başqa mövsümlərdə də epilyasiya etdirdikdən sonra günəş altında gəzmək, solyariyə girmək ziyandır.

Ağ dərili insanlarda tüklərdən azad olmaq yolu daha asandır. Ancaq qara dərili insanların tükləri cod olduğu üçün onlarda bu proses çox çətin gedir. Statistikaya görə, dünyada  tüklərdən əziyyət çəkməyən yeganə xalq yaponlardır. Yaponlar demək olar ki, çox nadir hallarda epilyasiyadan istifadə edirlər.

Lazer təhlükəlidir...
 
Elə dəri var ki, onda onkoloji xəstəliklərə meyil çoxdur. Bu tip dərisi olan insanların lazer etdirmələri təhlükəlidir. Belə insanlarda dəri xərçənginin yaranma ehtimalı yüksəkdir. Eyni zamanda hamiləlik vaxtı da foto və ya lazer epilyasiyasına icazə verilmir. Çünki hamilə qadınlara şüa ziyandır. Artıq şüa onların qarın nahiyələrində ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda şəkər və ürək xəstələrinin, allergiyası olan insanların epilyasiyadan istifadə etmələrinə icazə verilmir.



loading...


                 

Digər