Nəzakət Teymurova plastik əməliyyat etdirib?

Nəzakət Teymurova plastik əməliyyat etdirib?
3033 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nəzakət Teymurova son günlər sosial şəbəkənin aktiv istifadəçilərindən birinə çevrilib. Hər gün yeni fotolar paylaşan xanəndənin görünüşündəki dəyişiklik diqqət çəkib. Bir çox izləyicisi isə ona plastik əməliyyat etdirməsi ilə bağlı suallar ünvanlayıb.

Axşam.az-a açıqlama verən müğənni görünüşündəki dəyişikliklərdən bəhs edib. Teymurova bildirib ki, heç bir plastik müdaxilə etdirməyib:

"Son günlər görünüşümün dəyişməsi səbəbsizdir. Hər qadın özünə baxmalıdır. Stilim üzərində Elnur Həsənov çalışır. Plastik əməliyyata normal baxıram, amma etdirməmişəm. Ehtiyac olsa, gələcəkdə mən də etdirərəm.

Sənət adamları baxımlı olmalı, hər zaman gözəl görünməlidir. Tamaşaçı qarşısında estetik tərəfdən çox gözəl olmalıyıq".

N.Teymurova "Estrada müğənniləri tez-tez qalmaqallarla gündəmə gəlir. Muğam ifaçıları arasında isə çox nadir hallarda mübahisəyə rast gəlinir" sözlərinə belə cavab verib: 

"Muğam aləmində də qalmaqallar, oyunlar mövcuddur. Sadəcə, biz onu gündəmə gətirmirik. Eyib olan hallar var. Biz bunları efirə çıxarmırıq. Bizim aləmdə hər şey pərdəarxasında yaşanır. Bu, belə olmalıdır. Sənətkar başını aşağı salıb işləməlidir. Gündəmə isə yalnız layihələrlə gəlməlidir".