Məşhur "Yargıcı" Bakıya gəldi - Fotolar

Məşhur "Yargıcı" Bakıya gəldi - Fotolar
9502 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur brendlərindən biri olan “Yargıcı” Bakıda ilk mağazasını açıb.

Axşam.az xəbər verir ki, 40 ildən artıqdır dünyanın bir çox ölkəsində məşhur olan “Yargıcı” markası istehsala kişi geyimləri ilə başlayıb. Ötən əsrin 80-cı illərindən isə qadın qarderoblarını zənginləşdirməklə şəbəkəsini genişləndirib.

Təbiilik və rahatlığın ahəngini özündə əks etdirən məhsullar həm evinizə, həm də geyim tərzinizə rəng qatacaq. Şirkət 2015-ci ildən xanımların rahatlığını düşünərək, “Homeworks” ev kolleksiyasını da yaratmağa başlayıb. Marka salon mebellərinin nəfis tərtibatıyla zövqlü insanların diqqətini cəlb etməyi bacarıb. Fərqli ölkələrin ev dizaynlarını həyatlarına qatmaq istəyənlərin seçimi uzun müddətdir ki, “Yargıcı”dır.

Geyim dizaynerləri məhsulları müxtəlif regionların mədəniyyətlərindən ilhamlanaraq ərsəyə gətirirlər. Bu il kolleksiya Avstraliyada yaşayan aborigenlərin həyat tərzinə uyğun hazırlanıb. Marka geyimlərdə xalqların qadın obrazları canlandırılır. Yaxın gələcəkdə isə Azərbaycanın göz bəbəyi olan Qarabağın Xarı bülbülü də geyimlər üzərində əks olunacaq.

 

Hər ay çeşidlərini yeniləyən və ona rəngarənglik qatan dizaynerlər bu dəfə qızıl qum, saman, hakinin çalarlarından daha çox istifadə ediblər.

Brend sahibləri Azərbaycan qadınlarını moda aləminə daha da yaxın etmək üçün “Yargıcı” markasını ölkəmizə də gətirib. Bununla da təbii materiallardan hazırlanan keyfiyyətli geyimlər zərif varlıqlar üçün əlçatan olub.

 

Möhtəşəm açılış mərasiminə tanınmış şəxslər, bank, mobil diler, şou-biznes nümayəndələri, internet bloqqerlər və digər qonaqlar qatılıblar. Zövqlü musiqinin sədaları altında dəvətlilər mağazadakı ev və geyim aksesuarları ilə tanış olublar. Məhsulların qiymətlərinin münasib olması da qonaların diqqətini çəkib.

İlk mağazanın ünvanı: Hüseyn Cavid prospektilə Əbdürrəhim Haqverdiyev küçəsinin kəsişməsi, 566-cı məhəllə.

İnstaqram: @yargici.azerbaijan