“Pantomima”da bir qocanın hekayəsi...

“Pantomima”da bir qocanın hekayəsi...
3126 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 9-da Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası təqdim ediləcək.

Teatrdan Axşam.az-a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.