Nigar 45 minlik klipini təqdim etdi - Fotolar+Video

Nigar 45 minlik klipini təqdim etdi - Fotolar+Video
5953 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision" qalibi Nigar Camalın "Я в твоём плену" adlı klipinə təqdimat mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, müğənni çəkilişlərin bir gün ərzində Ukraynanın paytaxtında reallaşdığını deyib:

"Çəkilişlərdə suda olduğum səhnələr var. Orada suyun temperaturu aşağı idi deyə, bir az çətinlik oldu. Bir də bədənimin rəngləndiyi yerlər var idi. Sonradan rəngləri çıxarmaq xeyli vaxt apardı".

Camal bildirib ki, hər zaman keyfiyyətli işlər təqdim edir:

"Bilirsiniz, hazırda yaxşı mahnı tapmaq çətin məsələdir, mən də keyfiyyətli iş təqdim etmək istəyirəm, ona görə də hər zaman axtarışdayam".

Qeyd edək ki, sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa aid mahnını ukraynalı rejissor Aleks Lamakh ekranlaşdırıb. Ekran işinin büdcəsi 45 min manatdır.

Foto: Şükür VERDİYEV