Bu makiyaj qadınları daha cəlbedici və gözəl göstərir. "Pişik baxışları" makiyajında əsasən, gözlərə önəm vermək lazımdır.

Axşam.az hər zaman dəbdə olan bu makiyaj növünü evdə rahat etməyiniz üçün aşağıdakıları təqdim edir: 

· Gözün dib hissəsini açıq, ortanı tünd qəhvəyi göz kölgəsi ilə rənglə. Uc hissəyə isə qara göz kölgəsi yay. Çalış, kölgə göz kənarlarından çıxsın.

· «Pişik baxışlar» makiyajında göz qələmindən istifadə etmək olmaz. Gözün üstünə layner çək. Kirpiklərin yalnız uc hissəsinə tuş vur.

· Gözün altına nazik fırça ilə qəhvəyi göz kölgəsi yay.

· Kərpic rəngli ənlikdən istifadə et. Çalış, ənliyi yanağına uzununa çək.

· Makiyajda açıq rəngli tonal kremdən istifadə etmək lazımdır.

· Dodaq boyası isə təbii rəngdə olmalıdır.



                 

Digər