İspanaq olduqca faydalı tərəvəzdir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun tərkibində dəmir bütün tərəvəzlərdən artıqdır.

1. İspanaq beyinin qocalmasını xeyli ləngidir

2. İspanaq əzələləri gücləndirir.

3. Tərkibində omeqa-3 maddəsi ilə zəngin olduğu üçün ürəyin sağlamlığını qoruyur.

4. Tərkibində olan nitratların sayəsində damarları genişləndirir, arterial təyyiqi aşağı salır

5. Gözləri yayılmış göz xəstəliyi olan kataraktanın inkişafından qoruyur.

6. Piylənmədən qoruyur.

7. Alimlərin fikrinə görə, ispanaq güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusilə boğaz, qida borusu, dəri və ağciyər xərçənginə aiddir.

8. Bu tərəvəz qidalı liflərlə zəngin olduğundan xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir, bağırsaqların fəaliyyətini gücləndirir, qəbizliyin qarşısını alır.

 



loading...


                 

Digər