Uşaqların enerjisi böyüklərdən artıqdır. Bu da onların gec yuxuya getməsinə, ya da yatmaq istəməməsinə səbəb olur. Bəzən də, körpə şüuraltı olaraq yatdığı zaman tək qalacağından qorxduğu üçün yuxuya keçə bilmir və yatsa belə tez-tez oyanır.

Axşam.az Türkiyə mətbuatına istinadən körpələrin rahat yatması üçün bəzi tövsiyələri təqdim edir.

1. Yatmadan öncə duş qəbul etmək

Uşağı yatırtmadan öncə ilıq su ilə yaxalasanız bədəni yumşalacaq və rahat yuxuya gedəcək.

2. Masaj

Uşaqları yatırtmazdan əvvəl yüngül masaj edin. Masaj zamanı körpələr üçün təbii sakitləşdirici tərkibli xüsusi yağlardan istifadə edə bilərsiniz. Hər gün yatmazdan əvvəl masaj etsəniz, körpə bunu artıq yuxu zamanı kimi qəbul edəcək.

3. Yumşaq oyuncak

Yuxuya keçməkdə çətinlik çəkən uşaqlara yumşaq oyuncaq verə biləsiniz. Bu zaman körpə tək olmadığını anlayacaq və rahat yatacaq.

4. Lay-lay oxuyun

Qədim zamanlardan nənələrimizin söylədiyi lay-lay işinizə yarayacaq. Körpə ananın səsi ilə özünü güvəndə hiss etdiyi üçün rahat yuxuya keçəcək.

 

 



loading...


                 

Digər