Nazir: "Şadam ki, belə bir insanla tanış olmuşam"

Nazir: "Şadam ki, belə bir insanla tanış olmuşam"
4700 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdən əvvəl sənət ocağının foyesində görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Qeyd edib ki, V. Səmədoğlu daima yaşayacaq və anılacaq ədiblərdəndir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan V.Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. “Vaqif Səmədoğlu qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı idi. Çox şadam ki, belə bir insanla şəxsən tanış olmuşam”, - deyə nazir söyləyib.

Sonra qonaqlar teatrın səhnəsində Ramiz Həsənoğlunun quruluşunda şairin xatirəsinə ithaf edilən “Generalın son əmri” tamaşasına baxıblar.