Məşhur müğənninin qızları lazerdə yandı

Məşhur müğənninin qızları lazerdə yandı
19114 dəfə oxunub
  • A-
  • A
  • A+

Sənətçi Ahmet Selçuk İlkanın qızları Cansu və Zeynəbin lazer edərkən bədənləri yanıb.

Axşam.az-ın məlumatına görə, bacılar buna görə lazer edən salonu məhkəməyə veriblər. İstanbulun Beşiktaş səmtində yerləşən gözəllik mərkəzinə bacılar 16 seansın pulunu əvvəlcədən ödəyiblər. Onlar üçüncü seansdan sonra bədənlərində yanıq izlərinin yarandığını iddia ediblər.

Prosesi edən şəxs izlərin gedəcəyini desə də, ləkələr hər gün daha da artıb. Həkim bacılara ikinci dərəcəli yanıq diaqnozu qoyub. Məhkəmə şikayətlə bağlı araşdırmaya başlayıb.