Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

Axşam.az xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.

Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib.



loading...


                 

Digər