Günahsız olsa da, 45 il həbs yatdı

Günahsız olsa da, 45 il həbs yatdı
3913 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika vətəndaşı Riçard Filipsə 1971-ci ildə etdiyi soyğunda ölümə səbəb olduğuna görə ömürlük həbs cəzası verilmişdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı şahidlərdən birinin yalan ifadə verməsi onun 45 il həbs yatmasına səbəb olub.

Ötən il ölüm hadisəsində günahkar olmadığı ortaya çıxan Riçard ABŞ tarixində günahsız ola-ola ən uzun müddətli həbs yatan məhkum elan olunub.

Dövlət bu yanlış anlaşılmaya görə ona 1,5 milyon dollar (təxminən, 2,5 milyon manat) təzminat verəcək.

Qeyd edək ki, Miçiqan əyalətində günahsız olduğu halda həbs yatan məhbuslara hər ilə görə 50 min dollar təzminat verilir. Belə olan halda Riçarda 2 milyon dollar təzminat düşsə də, onun soyğunda əlinin olması məbləği azaldıb.