“YARAT”da sərgi açılacaq - "Ruh ruh"

“YARAT”da sərgi açılacaq - "Ruh ruh"
3156 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 24-də “YARAT” emalatxanasında “Ruh ruh” adlı studiya sərgisi açılacaq.

Axşam.az xəbər verir ki, sərgidə rəssamlar Katya Verheul (Niderland), Ela Ştefanats (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva və Çinarə Məcidovanın (Azərbaycan) əsərləri nümayiş ediləcək.

Araşdırma üçün təmin edilən məhdud resurslar, rəssamları daha kreativ, daha effektiv düşünməklə yanaşı, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yolların tapılması istiqamətində daha çox enerji sərf etməyə məcbur edib.

Rəssamlar, öz mesajlarının əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanatı irəli sürmək üçün, kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər. Rəssamlar bəzən dili büsbütün “yoxa çıxararaq” və diqqəti yazılmış sözün tək vizual tərcüməsinə yönəldərək, öz mətnlərini instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər.

Bundan əlavə, auditoriya, öz əsərlərini təqdim edəcək yeni “YARAT” rezidentləri - Katja Verheul (Hollandiya), Ela Stefanac (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva, Çinarə Məcidova (Azərbaycan) ilə tanış olmaq imkanı əldə edəcəklər. (AzərTac)