Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş
heyətlə Qəbələdə qastrol səfərində olacaq.

Axşam.az xəbər verir  ki, teatr iyunun 5-də saat 19:00-da  Qəbələ Konqress Mərkəzində  Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə  Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist
Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov,
Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili,
Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.



                 

Digər