Mikayıl Müşfiqə həsr olunmuş tamaşa göstəriləcək

Mikayıl Müşfiqə həsr olunmuş tamaşa göstəriləcək
3091 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, mayın 31-də təqdim ediləcək səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanana səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları çıxış edəcək.