Kamildən yeni qalmaqallı hərəkət

Kamildən yeni qalmaqallı hərəkət
8569 dəfə oxunub
  • A-
  • A
  • A+

İdmançı Kamil Zeynallı növbəti dəfə məhkəməlik olub. Axşam.az xəbər verir ki, Zeynallı Kamil Heybət oğlu borc müqaviləsinin etibarsız sayılması iddiası ilə məhkəməyə müraciət ünvanlayıb.

İş üzrə cavabdeh müqavilənin imzalandığı Cəfərov Heydər Novruz oğludur. İşlə bağlı ilk iclas iyunun 10-da keçiriləcək.

Bakı Apelyasiya Məhkəməsində işə hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu barədə məlumatı news24.az saytı yayıb. K.Zeynallı xəbər yayımlandıqdan sonra sayt əməkdaşlarını ağır söyüşlərlə təhqir edib. Sayt rəhbərliyi isə Kamil Zeynallını məhkəməyə verməyə hazırlaşdıqlarını bildirib.