Birinci Vitse-Prezident Mehriban Əliyeva qızı Leyla Əliyeva ilə ziyarətgaha yollanıb.
Axşam.az xəbər verir ki, birinci xanım fotoları sosial media hesabında paylaşıb və Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib:
“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib, qəbul olunmasını arzu edirəm”.