Türk müğənnisi İbrahim Tatlısəs İnstaqram hesabında itinin ölüm xəbərini paylaşıb.
Axşam.az xəbər verir ki, müğənni ən sadiq dostunu itirdiyini deyib.
"Dostumu itirdim. Ən sadiq, ən duyğusal dostumu. Birlikdə keçirdiyimiz 12 il, dostluğun, qarşılıqsız sevgin üçün təşəkkür edirəm. Əlvida, oğlum" deyə, Tatlısəs yazıb.