Şvarseneqqerə Afrikada hücum ediblər

Şvarseneqqerə Afrikada hücum ediblər
3679 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər.

Axşam.az-ın məlumatına görə, hadisə "Arnold Sports Africa"da, aktyor məşq keçən zaman baş tutub.

Arnold eyni zamanda pərəstişkarları ilə görüşüb, onlarla şəkil çəkdirib və avtoqraf paylayıb. İnsanlarla mehriban davranmağa çalışan aktyor gözləmədiyi hadisə ilə qarşılaşıb. Qəfildən bir nəfər qaça-qaça gələrək ona hücum edib.

Ətrafdakılar həmin şəxsi tutub, Şvarseneqqer isə heç bir xəsarət almayıb. Onun nə üçün belə addım atdığı araşdırılır.