Liposaksiya - bədənin müəyyən hissələrində olan piylənmənin vakuum vasitəsilə sovrulması üsuludur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu cərrahi üsulla bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxuması götürülür.

Hər bir əməliyyatda olduğu kimi liposaksiyada da göstərişlər və əks göstərişlər var.

Göstərişlər: Qeyri bərabər piylənmə. Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə birlikdə icra oluna bilər. Bu əməliyyatda yaş məhdudiyyəti yoxdur. Ancaq dərinin elastikliyi mühüm rol oynayır.

Əks göstərişlər: İstənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin ağırlaşması, psixi pozğunluqlar, onkoloji xəstəliklər. Ümumi piylənmə.

Liposaksiya bədənin bütün nahiyələrində icra edilə bilər. Ancaq üz, boyun, bud nahiyəsində əməliyyatın daha uğurlu olmasının səbəbi dərinin elastikliyidir.

 

 



loading...


                 

Digər