Könülün ən bərbad şəkilləri - "Qəsdən yayırlar"

Könülün ən bərbad şəkilləri - "Qəsdən yayırlar"
3517 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Könül Kərimova mediada yayılan keçmiş şəkillərindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Şou news"a açıqlamasında bildirib ki, həmin fotoları onu sevməyən sənət dostları qəsdən yayıb:

"İnstaqramda çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42-yə heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi.

O vaxt hər şeyi çox içimə salırdım... Günlərlə-həftələrlə çörək yemirdim. Eləcə arıqlamışdım. Bir müddət oldu və keçdi. Heç özümdə o fotolar yoxdur. Daha sonra video şəklində həmin görüntümü yaydılar.

Qəsdən videodan bərbad vəziyyətdə olan hissəni çıxarırlar. Gözəllikdə çirkinlik axtarırlar. Bundan nə qədər zövq alırlar".