Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Hər şey daxil" verilişində deyib. O, bir həmkarının onun haqqında dediyinə cavab verib.
Həmin sənət adamının adını açıqlamayan Allahverdiyeva əsəbiləşdiyini gizlətməyib:
"Amma arxamca bir sənətçi deyib ki, Rühəngiz sənətkardır ki? 45 ildir canlı oxuyuram. Bunu təsdiq edəcək böyük sənətkarlar var. Kimə sual versəniz, bunu deyəcək. Demirəm dahiyəm, amma özümə görə yerim var. Bu suala necə cavab verərsiz? Deyib ki, Azərbaycan üçün nə edib? Mən kiməm Azərbaycan üçün nəsə edim?".