Heydər Əliyev Fondu Rəmişin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Rəmişin müalicəsini öz üzərinə götürdü
786 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yenidən pisləşib.

Axşam.az xəbər verir ki, bu barədə “Unikal”a Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova bildirib:

"Rəmişin müalicəsi bu gündən başlayır. Onun ağciyərində, tənəffüs sistemində problem var. Xaricə getməyə ehtiyac olmadı. Bizim bu sahədə yaxşı həkimlərimiz var. Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Allah dövlətimizi qorusun. Allah prezidentimiz İlham Əliyevə və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya can sağlığı versin".